az en
News / Fərid Atakişiyev milliyə dəvət olunub

Fərid Atakişiyev milliyə dəvət olunub

Futzal Dərc olundu: 23.08.2019 Çap
Təlim-məşq toplanışını Bakıda davam etdirən futzal üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. 
Fərid Atakişiyev milliyə dəvət olunub
“Sparta Praqa” klubunun üzvü Amadeu Fernandes viza ilə bağlı problemlə üzləşdiyindən millinin toplanışına qatıla bilməyib. Baş məşqçi EKOL klubunun üzvü Fərid Atakişiyevi hazırlığa dəvət edib.
Qeyd edək ki, avqustun 24-dək Bakıda toplanış keçirəcək milli hazırlığını avqustun 25-dən 29-dək Minskdə davam etdirəcək. Toplanış çərçivəsində komandamız avqustun 26-da və 28-də Belarus yığması ilə yoldaşlıq oyunları keçirəcək.
 
Baş Sponsor 
Partnyorlar