AFFA-nın Hakimlər Departamentinin sədri Fritz Stuchlik beynəlxalq oyuna təyinat alıb. UEFA Avropa Liqası turnirinin qrup mərhələsi çərçivəsində noyabrın 29-da Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda keçiriləcək “Zenit” (Rusiya) – “Kopenhagen” (Danimarka) oyununun hakim-inspektoru Fritz Stuchlik olacaq.