az en
News / “Futbol matçları zamanı Təhlükəsizlik və Mühafizə məsələləri” üzrə seminar

“Futbol matçları zamanı Təhlükəsizlik və Mühafizə məsələləri” üzrə seminar

Lisenziya Dərc olundu: 10.11.2016 Çap
Noyabrın 15-də Bulvar Oteldə “Futbol matçları zamanı Təhlükəsizlik və Mühafizə məsələləri” üzrə seminar keçiriləcək. UEFA-nın rəhbərliyi altında keçirilərək seminar Bakıda 2020-ci ildə UEFA Avropa Çempionatının final mərhələsinin (EURO-2020) 4 oyunun keçirilməsinə hazırlıq məqsədi daşıyır.
 
“Futbol matçları zamanı Təhlükəsizlik və Mühafizə məsələləri” üzrə seminar
Eyni zamanda, Klubların Lisenziyalaşdırılması qaydalarının tələblərinə əsasən, klublarda ixtisaslı təhlükəsizlik xidmətinin rəisi və azarkeşlərlə əlaqələndirici şəxslər çalışmalıdır və bu seminar qeyd olunan əməkdaşların maarifləndirilməsinə yönləndiriləcək.
Seminarda aşağıdakı şəxslərin iştirakı nəzərdə tutulub:
  • Beynəlxalq və daxili oyunlar zamanı stadionlarda təhlükəsizlik məsələlərinə cavabdeh olan Daxili İşlər Orqanlarının nümayəndələri
  • Premyer Liqa və I Divizion klublarının yuxarıda qeyd olunan əməkdaşları və fan klub nümayəndələri
  • AFFA və PFL nümayəndələri
  • Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının Yerli Təşkilat Komitəsinin nümayəndələri
UEFA-nın Təhlükəsizlik departamentinin əməkdaşları olan Kenneth Scott, Marc Timmer və Frosdick Stephen seminar zamanı aşağıdakı mövzülar üzrə təqdimatlarla çıxış edəcəklər:
  • Təhlükəsizlik və mühafizə məsələlərinə UEFA-nın yanaşması və konsepsiyası
  • Bu məsələlərə aid milli strategiya və onun icra olunması
  • Müxtəlif orqanların və təşkilatların bu sahədə əməkdaşlığı
  • Stadionlarda təhlükəsizlik və mühafizə məsələləri üzrə məsul şəxslərin vəzifələri
  • Oyun zamanı fan klublarla işin təşkili və s.
Seminarın sonunda iştirakçıların tədbirdə iştirak etməkləri ilə bağlı sertifikat təqdim olunacaq.
 
Baş Sponsor 
Partnyorlar