Mayın 15-də AFFA və UEFA-nın təşkilatçılığı ilə “Fairmont” otelində “Futbol və Biznes” sammiti təşkil olunacaq. Sammitdə xarici və yerli mütəxəssislərin iştirakı ilə futbolun makroiqtisadi təsiri, futbol və biznes münasibətləri mövzusunda fikir mübadiləsi aparılacaq. Tədbirdə həmçinin vergi qanunvericiliyindəki müvafiq dəyişiklik müzakirə ediləcək. Sammit saat 09:30-da başlayacaq.