az en
News / Futbol üzrə kiber çempionatın qalibi müəyyənləşib

Futbol üzrə kiber çempionatın qalibi müəyyənləşib

Avropa Liqası Dərc olundu: 26.04.2019 Çap
Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində aprelin 25-də və 26-da futbol üzrə kiber çempionat təşkil olunub.
 
Futbol üzrə kiber çempionatın qalibi müəyyənləşib
Çempionata qeydiyyat aprelin 12-dən 22-dək olan müddəti əhatə edib. Qeydiyyatdan öncə çempionatda yalnız 128 nəfərin iştirak hüququ qazanacağı bildirilmişdi. İştirak üçün müraciət etmiş 750 nəfər arasında qeydiyyatdan keçmiş ilk 256 nəfər çempionatda öz bacarığını göstərmək şansı qazansa da, aprelin 25-də təşkil olunmuş 1/16 final mərhələsində 136 nəfər iştirak edib. Çempionata qoşulmayan iştirakçılara texniki məğlubiyyət verilib.
FIFA 19 qaydaları əsasında təşkil olunmuş turnirdə cəmi 16 oyunçu növbəti mərhələyə vəsiqə qazanıb. Çempionatın 1/16 final final mərhələsində ən böyükhesablı məğlubiyyət 9:0 olub. “Çelsi” isə iştirakçılar arasında ən çox seçilən klub olaraq qeydə alınıb.
Çempionatın yeganə xanım iştirakçısı “Beşiktaş” klubu ilə çıxış edən Günel Hüseynova olub. Növbəti mərhələyə vəsiqə qazanmasa da, xanım iştirakçının çıxışı hər kəs tərəfindən maraqla qarşılanıb.
Aprelin 26-da baş tutmuş final mərhələsinə qatılmayan 3 iştirakçıya texniki məğlubiyyət verilib. 13 iştirakçı ilə davam edən çempionatda “Helghast” ləqəbli Süleyman Quluzadə (“Napoli”) 1:2 hesabı ilə qalib olub. İştirakçıya 1000 AZN pul mükafatı təqdim olunub, eləcə də oyunun qalibi AFFA-nın kiber futbol üzrə yığmasında təmsil olunmaq şansı qazanıb.
“La Liga” oyun klubunu təmsil edən “CapitanGarf” ləqəbli Tural Həsənov (“İnter”) ikinci yerə çıxaraq, 500 AZN pul mükafatı qazanıb. Üçüncü yerin sahibi, “İnter” klubu ilə çempionatda iştirak edən “Radius” ləqəbli Cavid Qurbanov isə təşkilatçılar tərəfindən UEFA Avropa Liqası 2019-un rəsmi “Molten” topu, həmçinin imzalı forma hədiyyə edilib.
Xatırladaq ki, Çempionat Azərbaycan Kiber İdman Federasiyasının dəstəyi ilə keçirilib.
Kiber çempionat haqqında ətraflı məlumatı https://finalbaku2019.az/az/cybercup/ saytından əldə edə bilərsiniz.
 
Baş Sponsor 
Partnyorlar