az en
News / Futzal turniri keçiriləcək

Futzal turniri keçiriləcək

Əlillər futbolu Dərc olundu: 23.05.2017 Çap
Mayın 24-dən 27-dək “Olimpik Star” İdman Kompleksində AFFA-nın dəstəyi ilə Əlillər Futbolu Federasiyası tərəfindən eşitməqüsurlu əlillər arasında “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş futzal turniri keçiriləcək. Turnirdə 6 komanda – “Şimşək”, “Birlik”, “Zirvə”, “Ümid”, “Bakı”, “Azəri” – mübarizə aparacaq. Mayın 24-də, saat 10:30-da turnirin açılış mərasimi, saat 11:00-da isə “Şimşək” və “Birlik” komandaları arasında ilk oyunu keçiriləcək.

 
Futzal turniri keçiriləcək
Baş Sponsor 
Partnyorlar