az en
News / Füzuli və Cəbrayıl rayonlarında “Cəsur ürəklər” adlı festival keçirilib

Füzuli və Cəbrayıl rayonlarında “Cəsur ürəklər” adlı festival keçirilib

Kütləvilik Dərc olundu: 21.06.2018 Çap
AFFA-nın təşkilatçılığı ilə iyunun 19-dan 21-dək Füzuli rayon Qayıdış və Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbələrində “Cəsur ürəklər” adlı festival keçirilib.
 
 
 
 
Füzuli və Cəbrayıl rayonlarında “Cəsur ürəklər” adlı festival keçirilib
Layihənin həyata keçirilməsində əsas məqsəd qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar arasında futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Layihəyə əsasən, Füzuli rayon Qayıdış və Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbələrində 2 gün ərzində futbol festivalı, müxtəlif əyləncələr təşkil olunub. Festivalda Füzuli rayonunun müxtəlif kənd və qəsəbələrindən 15-i qız olmaqla 300-ə yaxın uşaq və yeniyetmə iştirak edib.
Layihə çərçivəsində Füzuli rayon Qayıdış və Cocuq Mərcanlı qəsəbələrinin sakinlərinə idman ləvazimatları təqdim edilib. Həmçinin, Cocuq Mərcanlıda AFFA tərəfindən süni örtüklü futbol meydançası inşa olunub. Yeni meydançada AFFA əməkdaşlarının, Qayıdış və Cocuq Mərcanlı qəsəbələrinin komandalarının iştirakı ilə yoldaşlıq oyunları keçirilib.
Qeyd edək ki, AFFA-nın dəstəyilə irəli sürülən “Brave Hearts” (Cəsur ürəklər) adlı layihə davamlı olaraq ilin sonunadək həyata keçiriləcək.
 
 
 
Baş Sponsor 
Partnyorlar