az en
News / Gəncədə müəllimlər üçün məşqçi kursu keçirilir (fotoreportaj)

Gəncədə müəllimlər üçün məşqçi kursu keçirilir (fotoreportaj)

Məşqçi kursları Dərc olundu: 14.03.2019 Çap
AFFA və Təhsil Nazirliyinin dəstəyi ilə Gəncə şəhərində fəaliyyət göstərən orta məktəblərdə çalışan bədən tərbiyəsi müəllimlərinin (hər məktəbdən bir müəllim) futbol biliyinin artırılması məqsədi ilə D kateqoriyalı məşqçi kursu keçirilir.
 
Gəncədə müəllimlər üçün məşqçi kursu keçirilir (fotoreportaj)
Kursun ilk günündə futbolda təzyiqlər, məqsədlər, qərar vermək, sağlam həyat tərzi, metodoloji üsullar, məktəbdə futbol oyununun prinsipləri, məktəblilərlə davranış, oyunçuların bacarıqlarının inkişafi, futbol texnikası, koordinasiya  haqqında nəzəri və praktiki məşğələlər keçirilib. 54 müəllimin iştirak etdiyi məşğələlər zamanı UEFA nümayəndəsi Jamie Houchen öz təcrübəsini bölüşüb, Gəncədə fəaliyyət göstərən məktəblərdə həyata keçirilən “Məktəblərdə futbol dərsi” layihəsi ilə tanış olub.
Kursa sabah yekun vurulacaq. Dərslərdə fərqlənən müəllimlərə diplomlar təqdim olunacaq. 
 
Baş Sponsor 
Partnyorlar