az en
News / Gəncədə "Qızlar Futzal Kuboku” turniri keçirilib (fotoreportaj)

Gəncədə "Qızlar Futzal Kuboku” turniri keçirilib (fotoreportaj)

Turnir Dərc olundu: 08.04.2019 Çap
Aprelin 4-də və 5-də Gəncə şəhərində 13 yaşadək məktəbli qızlar arasında “Qızlar Futzal Kuboku” turniri keçirilib.
 
Gəncədə "Qızlar Futzal Kuboku” turniri keçirilib (fotoreportaj)
Gəncə şəhəri Mikayıl Müşfiq adına 14 saylı tam orta məktəbin idman zalında keçirilən yarışda 12 məktəbdən 107 yeni şagird iştirak edib. Turnirin ilk günündə qrup mərhələsi üzrə 12 görüş, ertəsi gün isə pley-off mərhələsinin qarşılaşmaları və final oyunu keçirilib. UEFA-nın və AFFA-nın dəstəyi ilə təşkil olunan turnirdə komandalar top və idman gödəkçələri ilə təmin olunub. İlk üç yeri tutan komandalar diplomlar və medallar, qalib komanda isə kubokla mükafatlandırılıb. M.Müşviq adına 14 saylı tam orta məktəb III yeri, M.Ə.Sabir adına 5 saylı tam orta məktəb II yeri, Gəncə şəhər 28 saylı tam orta məktəbin komandası isə I yeri tutub. Turnirin ən yaxşı oyunçusu adına M.Ə.Sabir adına 5 saylı tam orta məktəbin şagirdi Şahnaz İsmayılova layiq görülüb.
Xatırladaq ki, layihənin əsas məqsədi həm gələcəkdə qızlar futzal liqasını, həm də qadınlardan ibarət futzal üzrə milli komandanın yaradılmasıdır. Sayca altıncı dəfədir keçirilən “Qızlar Futzal Kuboku” layihəsi bundan əvvəl Quba, Mingəçevir, Balakən, Lənkəran və Qaxda təşkil olunub.
 
Baş Sponsor 
Proyekt Partnyorları