az en
News / GoSport mağazasında AFFA-nın rəsmi fanşopu (fotolar)

GoSport mağazasında AFFA-nın rəsmi fanşopu (fotolar)

AFFA Dərc olundu: 22.05.2016 Çap
Port Baku Mall-un 3-cü mərtəbəsində yerləşən GoSport idman malları mağazasında AFFA-nın rəsmi fanşopu açılıb.
 
GoSport mağazasında AFFA-nın rəsmi fanşopu (fotolar)
Burada azarkeşlər Azərbaycan milli komandalarının rəsmi oyun, məşq və nümayiş geyimlərini əldə edə bilərlər. Açılışda milli komandanın üzvləri Kamran Ağayev, Qara Qarayev və Araz Abdullayev iştirak ediblər, azarkeşlərə imza paylayıblar.
Tədbirdə iştirak edən AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev bildirib ki, AFFA GoSportla bu əməkdaşlıqda çox maraqlıdır. Bu əməkdaşlıq sayəsində futbol azarkeşləri şəhərin mərkəzində yerləşən mağazadan çox rahatlıqla milli komandanın geyimlərini əldə edə biləcəklər. GoSportla əməkdaşlığın nəticəsi olaraq satış xərcləri azaldığı üçün malların qiyməti iki dəfə endirilib.
Qeyd edək ki, GoSport Azərbaycanda ən iri idman mallarını təqdim edən multibrend mağazadır. Tezliklə GoSportun Gənclik Mall-da yerləşən digər mağazasında da AFFA-nın rəsmi fanşopu fəaliyyətə başlayacaq.
 
Baş Sponsor 
Partnyorlar