az en
News / "Görüləsi işlər çoxdu"

"Görüləsi işlər çoxdu"

Çimərlik futbolu Dərc olundu: 24.06.2018 Çap
Çimərlik futbolu üzrə Avropa Liqasında (Euro Beach Soccer League Baku 2018) bu gün Portuqaliya yığması ilə qarşılaşan Azərbaycan millisinin baş məşqçisi Zeynal Zeynalovun oyunla bağlı affa.az-a açıqlamasını diqqətinizə çatdırırıq:
 
"Görüləsi işlər çoxdu"
“Turnir yüksək səviyyədə təşkil olunmuşdu. Azarkeşlər bir-birindən maraqlı oyunlar izlədi. Portuqaliya millisi təkcə Avropanın yox, dünyanın ən güclü komandalarından biridir. Bugünkü oyunda da ustalıq səviyyəsi qarşılaşmanın taleyini həll etdi. Çox güclü rəqibə qarşı mübarizə apardıq. Bu oyunlar komandadakı çatışmazlıqları üzə çıxardı. Görüləsi işlər çoxdu. Gələn ay Moskvada keçiriləcək turnirə qədər bunları aradan qaldırmalıyıq. Ən əsası, futbolçular rəqibdən çəkinməməli, psixoloji baxımdan oyunlara tam hazır olmalıdırlar. Əlbəttə, A ilə B divizionu arasında fərq böyükdür. Bura vəsiqə qazanmışıqsa, yerimizi qorumalı, çox işləməli, irəli getməliyik. Bunun üçün çalışacağıq”. 
 
Baş Sponsor 
Partnyorlar