az en
News / Göygöldə "Live Your Goals" festivalı keçirilib (fotoreportaj)

Göygöldə "Live Your Goals" festivalı keçirilib (fotoreportaj)

Kütləvilik Dərc olundu: 26.11.2016 Çap
Göygöl şəhərində Göygöl Olimpiya İdman Kompleksində FIFA-nın bayrağı altında AFFA-nın təşkilatçılığı ilə “Live Your Goals” (“Öz məqsədlərini yaşat”) festivalı keçirilib.
Göygöldə "Live Your Goals" festivalı keçirilib (fotoreportaj)
117 nəfər qızın qatıldığı tədbirdə 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vüqar Əsgərov və komandanın üzvü Manə Mollayeva iştirak ediblər.
“Live Your Goals” (Öz məqsədlərini yaşat) layihəsi ilk dəfə 2011-ci ildə Almaniyada keçirilən FİFA Qadınlararası Dünya Kuboku ərəfəsində həyata keçirilib. Layihənin tətbiqində məqsəd qadın futbolunun kütləviliyinin artırılması, qızların futbola cəlb olunması, onların futbolla mütəmadi şəkildə məşğul olmasına zəmin yaradılması, xüsusilə bölgələrdə qadın futboluna marağın artırılmasıdır.
Azərbaycanda “Live Your Goals” (“Öz məqsədlərini yaşat”) silsilə tədbirləri  2012-ci ildən keçirilir. Festival həmin il martın 12-də "Dalğa Arena"da, aprelin 30-da Zaqatalada, iyunun 8-də Qubada, iyulun 28-də Şəkidə, avqustun 30-da Masallıda, həmçinin sentyabrın 18-də Bayıl stadionunda  müvəffəqiyyətlə keçirilib və bu tədbirlərdə beynəlxalq futbol qurumlarının nümayəndələri ilə yanaşı, tanınmış qadın futbol veteranları Şirli Kruz və Şteffi Cons iştirak ediblər.
2014-cü ildə tədbir Mingəçevir və Sumqayıt şəhərlərində, 2015-ci ildə Xaçmaz Olimpiya İdman Kompleksində və Qəbələ şəhər stadionunda, 2016-cı ildə isə Qax İdman Olimpiya Kompleksində təşkil olunub.
 
 
 
Baş Sponsor 
Partnyorlar