az en
News / Hakimlərimiz Misir Kubokunun yarımfinal oyununda

Hakimlərimiz Misir Kubokunun yarımfinal oyununda

Hakimlər Dərc olundu: 31.08.2019 Çap
Misir Futbol Federasiyasının dəvətinə əsasən, FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası Misir Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Zamalek” və “İttihad” komandaları arasında keçiriləcək oyunu idarə edəcək. Qarşılaşma sentyabrın 1-də İsmailia şəhərindəki eyniadlı stadionda təşkil olunacaq. Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Oyunun dördüncü hakimi Elçin Məsiyev olacaq.
 
Hakimlərimiz Misir Kubokunun yarımfinal oyununda
Baş Sponsor 
Partnyorlar