az en
News / Hakimlərimizə yeni təyinat

Hakimlərimizə yeni təyinat

Hakimlər Dərc olundu: 10.02.2015 Çap
FIFA referisi Əliyar Ağayev və Orxan Məmmədov beynəlxalq oyunlara təyinat alıb. 
 
Hakimlərimizə yeni təyinat
Ə.Ağayev 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin 2-ci qrupunda (Almaniya, Çexiya, Slovakiya, İrlandiya), O.Məmmədov isə  17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin 4-cü qrupunda (Polşa, Belarus, Şimali İrlandiya, Yunanıstan) keçiriləcək oyunları idarə edəcək. U-19-ların qarşılaşmaları martın 26-dan 31-dək Almaniyada, U-17-lərin oyunları isə martın 21-dən 26-a qədər Polşada təşkil olunacaq.
 
Baş Sponsor 
Partnyorlar