az en
News / Hazırlıq proqramında dəyişiklik

Hazırlıq proqramında dəyişiklik

A Milli Dərc olundu: 12.01.2018 Çap
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik baş verib.
 
Hazırlıq proqramında dəyişiklik
Gürcüstan millisinin  Antalyada təşkil olunması nəzərdə tutulan toplanışı ləğv olunduğu üçün fevralın 2-də keçirilməsi planlaşdırılan Azərbaycan – Gürcüstan yoldaşlıq oyunu baş tutmayacaq.
AFFA və Gürcüstan Futbol Federasiyası arasında aparılan danışıqlara əsasən, bu il ərzində FIFA-nın müvafiq oyun günlərinin birində Azərbaycan və Gürcüstan milli komandaları arasında yoldaşlıq oyunu keçirilə bilər.
 
Baş Sponsor 
Partnyorlar