az en
News / “Heç bir komandanı zəif hesab etmək olmaz”

“Heç bir komandanı zəif hesab etmək olmaz”

A Milli Dərc olundu: 22.03.2018 Çap
Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
“Heç bir komandanı zəif hesab etmək olmaz”
“Bu il doğma meydanda ilk oyunumuzu keçirəcəyik. Hər bir futbolçu oyuna ciddi hazırlaşıb. Bizi qarşıda hansı oyunların gözlədiyini hamı bilir. Sabahkı oyunla bağlı futbolçularla söhbətimiz olub. Doğrusunu etməyə çalışacağıq. 
U-21-in heyətində olan Ramil Şeydayevlə Mahir Mədətovun potensialına bələdəm. Belarusa qarşı oyunda onların meydana çıxmaq şansı az idi. Çünki həmin mövqedə başqa futbolçuları sınamaq istəyirəm.
Millətlər Liqası ilə Avropa Çempionatının seçmə mərhələsi fərqli yarışdı. Bu gün heç bir milli komandanı zəif hesab etmək olmaz. Çünki onlar düşündüyümüzdən daha güclü, istəklidirlər. Bütün oyunlara nəticə qazanmaq üçün köklənəcəyik. Hər iki turnirdə şansımız var, ancaq istəyirəm ki, futbolçular bu oyunların Azərbaycan üçün nə demək olduğunu bilsinlər.
Makedioniya ilə oyunda VAR sistemindən istifadə olunacaq. İlk gündən bu sistemin tərəfdarı olmuşam. Çünki oyun zamanı müzakirələrə səbəb olan epizodlar çox olub, bəzi komandaların haqqı əlindən alınıb. Ona görə də bu sistemin oyunlarımızda tətbiqinin tərəfdarıyam. 
Əvvəl “Qarabağ”la Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim. Ancaq oyunlar keçirildikdən sonra vəziyyətin fərqli olduğunu gördüm. Çünki stadiona çox azarkeş gəldi. Həmin vaxt nəqliyyatla bağlı müəyyən problemlər yaşansa da, arena standartlara tam uyğundur”.
 
 
 
Baş Sponsor 
Partnyorlar