az en
News / Heyətdə dəyişiklik edilib

Heyətdə dəyişiklik edilib

U-17 Dərc olundu: 23.04.2019 Çap
Bakıda təlim-məşq toplanışı keçirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib. “Səbail”dən dəvət edilən Rauf Ağasənov zədəli olduğu üçün hazırlıq prosesindən kənarlaşdırılıb.
Həmçinin, millinin toplanışına yeni qapıçı cəlb olunub. Rusiyanın “Lokomotiv” (Moskva) komandasının üzvü Amin Ramazanov bu gündən hazırlıq prosesinə qoşulub.
 
Heyətdə dəyişiklik edilib
Baş Sponsor 
Partnyorlar