az en
News / “Həmin anda diqqətli olmalıydıq”

“Həmin anda diqqətli olmalıydıq”

U-21 Dərc olundu: 15.11.2018 Çap
Bu gün “Dalğa Arena”da 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Ukrayna yığmaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra komandamızın baş məşqçisi Rəşad Sadıqovun səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:  
 
“Həmin anda diqqətli olmalıydıq”
“Komandanın oyunundan razı qaldım. Topa nəzarət etməyə çalışdıq, amma hücumda istədiyimizi edə bilmədik. Oyunun 60-cı dəqiqəsindən sonra meydanda açıq futbol izlədik. Futbolçumuz zədələndiyi və azlıqda qaldığımız zaman diqqətli olmalıydıq. Təəssüf ki, həmin anda qol buraxdıq. Meydanda taktiki mübarizənin getdiyini qeyd edə bilərəm. Bu gün 5 müdafiəçi ilə oynamağımız rəqibə uyğun seçim idi. Ancaq bir neçə taktiki sxem üzərində məşqlər edirik”. 
 
Baş Sponsor 
Partnyorlar