az en
News / “Hər iki komanda üçün vacib oyundur”

“Hər iki komanda üçün vacib oyundur”

Millətlər Liqası Dərc olundu: 19.11.2018 Çap
UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 20-də, saat 23:45-də Priştina şəhərindəki Fadil Vokrri adın stadionda Kosovo yığması ilə qarşılaşacaq Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanovun və komandanın üzvü Maksim Medvedevin oyundən əvvəl təşkil olunmuş mətbuat konfransında səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
“Hər iki komanda üçün vacib oyundur”
Qurban Qurbanov: “Son oyunumuza çıxırıq. Hər iki komanda üçün vacib oyundur. İlk gündən Kosovo millisinə böyük qiymət vermişdim. Rəqibimizn futbolçularının fərdi ustalıq səviyyəsi yüksəkdir. Belə rəqibə qarşı oynamaq çox xoşdur. Oyuna hazırıq. İnanıram ki, komanda olaraq ən yaxşı oyunlarımızdan birini keçirəcəyik.
Doğma meydanda oynamaq, azarkeş amili və hazırkı xal durumu Kosovo yığması üçün üstünlük sayıla bilər. Amma futbolçularımızın da oyuna münasibətini görürəm, qələbə qazanmaq üçün hər şey etməyə hazır olduqlarını bilirəm. Hansı komandanın favorit olması barədə hər hansı fikir bildirmək istəmirəm”.
 
Maksim Medvedev: “Rəqibimiz yaxşı komandadır. Həlledici oyun olacaq. Kosovo yığması bizdən 2 xal öndədir. Amma bizim üstünlüyümüz komanda şəklində birliyimizdir. Meydana qələbə qazanmaq üçün çıxacağıq”.
 
Baş Sponsor 
Partnyorlar