az en
News / İki futbolçu İspaniyaya baxışa yollanıb

İki futbolçu İspaniyaya baxışa yollanıb

AFFA Dərc olundu: 01.08.2019 Çap
“Qəbələ” klubunun üzvləri Gülağa Əsədov və Mehrac Baxşəliyev AFFA-nın dəstəyi ilə İspaniyanın “Malaga” Futbol Klubunun Akademiyasında bu gündən etibarən avqustun 31-ə qədər baxışda olacaqlar.
 
İki futbolçu İspaniyaya baxışa yollanıb
Xatırladaq ki, AFFA İcraiyyə Komitəsinin 3 iyun 2019-cu il tarixli iclasında xarici klublarda çıxış edən (baxışa yollanan və müqavilə imzalamaq ehtimalı yüksək olan), milli komandalara dəvət olunan və ya potensial namizəd olan yaşı 21-ə qədər azərbaycanlı futbolçulara dəstək göstərilməsi məqsədilə onların səfər xərcinin AFFA tərəfindən ödənilməsi barədə qərar qəbul olunub.
 
Baş Sponsor 
Partnyorlar