az en
News / İki klubumuz qrup mərhələsinə yüksəlib

İki klubumuz qrup mərhələsinə yüksəlib

Avropa Liqası Dərc olundu: 26.08.2016 Çap
UEFA Avropa Liqası turnirindəki təmsilçilərimiz “Qarabağ” və “Qəbələ” qrup mərhələsinə vəsiqə qazanıb.
 
İki klubumuz qrup mərhələsinə yüksəlib
“Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda İsveçin “Göteborq” komandasını Rəşad Sadıqov, Muarem Muarem və Dani Kintananın vurduğu qollarla 3:0 hesabı ilə məğlub edib. Bu komandalar arasında İsveçdə keçirilmiş ilk oyunda meydan sahibləri minimalhesablı qələbə qazanmışdı.
Sloveniyada “Maribor”un qonağı olan “Qəbələ” 0:1 hesabı ilə məğlub olmasına baxmayaraq, ilk oyunda qazandığı 3:1 hesablı qələbə sayəsində qrup mərhələsinə vəsiqə əldə edib.
UEFA Avropa Liqası turnirinin qrup mərhələsinin püşkatma mərasimi avqustun 26-da, Bakı vaxtı ilə saat 15:00-da Monako şəhərində keçiriləcək.
 
Baş Sponsor 
Partnyorlar