az en
News / “İkinci hissədə tam fərqli oynadıq”

“İkinci hissədə tam fərqli oynadıq”

Futzal Dərc olundu: 17.04.2019 Çap
Serbiya yığması ilə keçirilmiş yoldaşlıq oyunundan sonra futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva affa.az-a açıqlama verib.
 
“İkinci hissədə tam fərqli oynadıq”
“Birinci hissədə çox pis oynadıq. Hətta oyunumuzu faciə də hesab edə bilərəm. Futzalçılarda istək var idi, ancaq oyuna konsantrasiya ola bilmirdik. İntizamsızlıq, çoxlu səhvlərə yol verməyimiz rəqibin ardıcıl qollar vurmasına şərait yaratdı. Fasilədə uşaqlardan sakitləşməyi, tapşırıqları yerinə yetirməyi tələb etdim. Nəticədə ikinci hissədə tam fərqli oynadıq. Qapıçını meydan oyunçusu ilə əvəzlədik. Bu taktika üzərində demək olar, hər məşqdə işləyirik. Serbiya yığması da çox istəkli idi. Xüsusilə birinci oyundakı məğlubiyyətdən sonra bu dəfə qarşılaşmaya 200 faiz köklənmişdilər. Azarkeşlərini sevindirmək istəyirdilər. Rəqibimiz kifayət qədər güclü, intizama riayət edən, fiziki, taktiki-texniki cəhətdən seçilən, əla kollektivə malik komandadır.  
Ümumi götürdükdə 10 günlük toplanışdan və oyunlar keçirməyimizdən razı qaldım. Ancaq bununla kifayətlənmək olmaz. Bizi oktyabrda rəsmi görüşlər gözləyir. Ona qədər bir neçə toplanış təşkil etməli, yoldaşlıq oyunları keçirməliyik”.
 
Baş Sponsor 
Partnyorlar