az en
News / Klubların hesabına köçürülmüş müvafiq vəsait

Klubların hesabına köçürülmüş müvafiq vəsait

UEFA Dərc olundu: 13.12.2018 Çap
UEFA Klub Yarışlarının Keçirilməsi Komitəsinin 01.06.2018-ci il tarixli, 31 saylı məktubuna və 2018/19-cu il mövsümünün qaydalarına uyğun olaraq, UEFA tərəfindən ayrılmış vəsait AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada klubların hesabına köçürülüb:
 
Klubların hesabına köçürülmüş müvafiq vəsait
UEFA Çempionlar Liqası:
“Qarabağ” FK – 1.140.000 avro
 
UEFA Avropa Liqası:
“Keşlə” FK – 240.000 avro
“Neftçi” PFK – 240.000 avro
“Qəbələ” İK – 240.000 avro
 
Qeyd: UEFA Klub Yarışlarının Keçirilməsi Komitəsinin 06.07.2017-ci il tarixli, 38 saylı məktubuna uyğun olaraq, ümumi kommersiya gəlirinin izafi olması nəzərə alınmaqla birbaşa sabit məbləğin faizinə əsasən, Avropa Liqasının təsnifat mərhələsində iştirak etmiş “Keşlə” (sabiq “İnter”) klubu üçün ayrılmış 25.010 avro vəsait 2017-ci ildə  “İnter”  Futbol Klubunun  borcları  AFFA tərəfindən  ödənildiyi üçün AFFA-nın balansında saxlanılır.
 
Baş Sponsor 
Partnyorlar