az en
News / Kütləvi futbol həftəsi festivalı keçiriləcək

Kütləvi futbol həftəsi festivalı keçiriləcək

Kütləvilik Dərc olundu: 25.09.2017 Çap
Sentyabrın 26-da və 27-də Təhsil Respublika İdman Mərkəzinin Gəncə şəhərindəki filialında, ayın 30-da isə Heydər Əliyev Mərkəzində (Bakı şəhəri) AFFA tərəfindən Kütləvi Futbol Həftəsi festivalı keçiriləcək. Festivalda 6-13 yaş arası uşaqlar iştirak edəcək.
Qeyd edək ki, bu layihənin həyata keçirilməsində məqsəd futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. 
 
Kütləvi futbol həftəsi festivalı keçiriləcək
 
Baş Sponsor 
Partnyorlar