az en
News / Lisenziyalaşdırma qrupunun iclası olub (fotolar)

Lisenziyalaşdırma qrupunun iclası olub (fotolar)

Lisenziya Dərc olundu: 25.10.2017 Çap
Bu gün AFFA-nın İnzibati binasında Lisenziyalaşdırma qrupunun Topaz Premyer Liqası və l Divizionda çıxış edən klub nümayəndələri üçün 2018-19-cu il Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib.
 
Lisenziyalaşdırma qrupunun iclası olub (fotolar)
İclasda aşağıda qeyd olunmuş mövzuları haqqında ətraflı məlumat verilib:
 
- Paket sənədlərin, yeni (Buraxılış 2017) Lisenziyalaşdırma üzrə qaydaların təqdim olunması, qaydalarda baş vermiş dəyişikliklərlə bağlı məlumat
- Ötən mövsümün icmalı
- Lisenziyalaşdırma qrupunun mövsüm ərzində planlaşdırılmış tədbirlər haqda məlumatı
 
İclasın sonunda Lisenziyalaşdırma qrupunun əməkdaşları klub nümayəndələrinin suallarını cavablandırıb.
 
Baş Sponsor 
Proyekt Partnyorları