az en
News / Lisenziyalaşdırma Qrupunun üzvləri Belarusda olub

Lisenziyalaşdırma Qrupunun üzvləri Belarusda olub

Lisenziya Dərc olundu: 18.12.2018 Çap
Dekabrın 12-dən 14-dək AFFA-nın Lisenziyalaşdırma Qrupunun üzvləri Bəhram Dadaşov, Aynur Abdullayeva və Fərhad Ələkbərov Belarusun paytaxtı Minskdə səfərdə olublar. 
 
Lisenziyalaşdırma Qrupunun üzvləri Belarusda olub
Belarus Futbol Federasiyasının Lisenziyalaşdırma Qrupunun üzvləri ilə görüş keçirən AFFA nümayəndələri ətraflı fikir mübadiləsi aparıb, lisenziya sahəsi ilə bağlı təcrübələrini bölüşüblər. Səfər çərçivəsində “Dinamo” stadionun əməkdaşları ilə də görüş keçirilib, nümayəndələrimiz Belarus Futbol Federasiyasının Futbol Akademiyasında yaradılmış şəraitlə tanış olub.
Analoji görüşün Bakıda da təşkil olunması ilə bağlı razılıq əldə edilib.
 
Baş Sponsor 
Partnyorlar