az en
News / Lisenziyalaşdırma üzrə menecerlər üçün kurs keçirilib (fotoreportaj)

Lisenziyalaşdırma üzrə menecerlər üçün kurs keçirilib (fotoreportaj)

Lisenziya Dərc olundu: 27.10.2016 Çap
AFFA-nın Futbol Akademiyasında Lisenziyalaşdırma qrupunun təşkilatçılığı ilə klublarda çalışan Lisenziyalaşdırma üzrə menecerlər üçün kurs keçirilib.
Lisenziyalaşdırma üzrə menecerlər üçün kurs keçirilib (fotoreportaj)
Kursda aşağıdakı mövzular əhatə olunub:
  • UEFA və AFFA barədə ümumi məlumat;
  • Lisenziyalaşdırma sistemi, lisenziyalaşdırma prosesi və iştirakçıları barədə ümumi məlumat;
  • Lisenziyalaşdırma üzrə qaydalarda (Buraxılış 2016) ötən mövsümə nisbətən baş vermiş dəyişikliklər;
  • Lisenziyalaşdırma üzrə idman, infrastruktur, kadr-inzibati, hüquq və maliyyə meyarlarının icmalı və praktiki məşğələlər;
Kursun əvvəlində UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə “Fair Play” şöbəsinin rəhbəri Andrea Traversonun iştirakçılara ünvanlandırdığı videomüraciət nümayiş olunub. 
Seminar zamanı Lisenziyalaşdırma qrupunun əməkdaşları müvafiq sahələr üzrə ətraflı məlumat verərək, iştirakçıların suallarını cavablandırıblar. Eyni zamanda, ötən mövsümlərdə klublar sənədləri təqdim edərkən ən çox rast gəlinən səhvlər və çatışmazlıqlar nümayiş və izah olunub.
Lisenziyalaşdırma qrupunun əməkdaşları ilə birgə AFFA-nın digər şöbə və departamentlərinin əməkdaşları lisenziyalaşdırma sistemi ilə əhatə olunan aşağıdakı mövzulara aid təqdimatlarla çıxış edib, klub nümayəndələri üçün ətraflı məlumat verib və sualları cavablandırıblar:
  • Klubların akademiyalarında mövcud vəziyyət
  • AFFA-da oyunçuların qeydiyyat qaydaları (Futbola qoşul proqramı)
  • Futbolda danışılmış oyunlara qarşı mübarizə
  • Futbolçulara tibbi xidmətlə bağlı minimum tələblər
  • Klublar üçün Oyun qaydaları və hakimlik məsələləri ilə bağlı təşkil olunan seminarlar
  • Uşaq-gənclər yarışlarının keçirilməsinə aid məsələlər
  • Klublarda Azarkeşlərlə Əlaqələndirici şəxsin vəzifələri
  • AFFA-nın məşqçilik üzrə təhsil sisteminin strukturu və s.
Seminarın sonunda iştirakçılar yazılı test imtahandan keçərək, kursda iştirak etdikləri ilə bağlı müvafiq təsdiqedici sənədlər əldə edib.
 
Baş Sponsor 
Partnyorlar