UEFA Avro-2020-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Torshavn şəhərində keçiriləcək Farer adaları – Rumıniya oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli olacaq. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.