az en
News / Əliyar Ağayev seçmə mərhələ oyununda

Əliyar Ağayev seçmə mərhələ oyununda

Hakimlər Dərc olundu: 01.11.2016 Çap
FIFA referisi Əliyar Ağayev növbəti beynəlxalq oyuna təyinat alıb.
 
Əliyar Ağayev seçmə mərhələ oyununda
2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində noyabrın 13-də Nikosiya şəhərində keçiriləcək Kipr – Cəbəllütariq qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
 
Baş Sponsor 
Partnyorlar