az en
News / "...İlk qolumu vurdum və buna görə çox sevinirəm"

"...İlk qolumu vurdum və buna görə çox sevinirəm"

A Milli Dərc olundu: 10.03.2017 Çap
Qətər və Azərbaycan milli komandaları arasında keçirilmiş yoldaşlıq görüşündə millimizin ilk qolunu vurmuş Tərlan Quliyev affa.az-a oyun barədə fikirlərini bildirib:
"...İlk qolumu vurdum və buna görə çox sevinirəm"
“Milli komandanın heyətində ilk qolumu vurdum və buna görə çox sevinirəm. Vacib olan komandamızın qələbə qazanması idi. Bu qələbə Almaniya yığması ilə oyuna yaxşı motivasiya olmağımıza kömək edəcək. Meydanda əzmkarlıq nümayiş etdirdik. Bu qələbənin ardını gətirmək lazımdır. Birinci hissədə hər iki komanda kəşfiyyat xarakterli oyuna üstünlük verdi. Fasilədən sonra biz hesabı açdıq və sanki rəqib ayıldı, hücumlar qurmağa başladı. Bu da normal haldır, çünki Qətər yığması ev sahibidir. Əsas qələbə qazanmaq, Almaniya millisi ilə oyuna yüksək əhval-ruhiyyədə yollanmaq idi, biz də bunu bacardıq”.
 
Baş Sponsor 
Partnyorlar