az en
News / Ələkbər Məmmədovun xatirəsinə yoldaşlıq oyunu

Ələkbər Məmmədovun xatirəsinə yoldaşlıq oyunu

AFFA Dərc olundu: 08.05.2018 Çap
Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, SSRİ əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, dörd dəfə SSRİ çempionu, Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində çalışmış, AFFA İcraiyyə Komitəsinin üzvü olmuş mərhum Ələkbər Məmmədovun anadan olmasının 88-ci ildönümü ilə əlaqədar mayın 9-da futbol veteranlarından ibarət “Təcrübə” komandası ilə futbol ictimaiyyətinin nümayəndələrindən (AFFA, PFL, TPL klubları) təşkil olunmuş “Futbol funksionerləri” komandası arasında yoldaşlıq oyunu təşkil olunacaq. Bayıl stadionunda keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq. Qarşılaşmanı Tahir Süleymanov, Ramiz Əsədov və Eldar Nağıbəyovdan ibarət veteran hakimlər briqadası idarə edəcək.
Oyuna baxmaq istəyən azarkeşlər üçün stadiona giriş sərbəst olacaq.
Komandaların heyətini diqqətinizə çatdırırıq:
 
Ələkbər Məmmədovun xatirəsinə yoldaşlıq oyunu
“Təcrübə”
“Futbol funksionerləri”
Cəmaləddin Əliyev
Arif Əsədov
Tərlan Əhmədov
Elmir Xankişiyev
Ədahim Niftəliyev
Oqtay Abdullayev
Şahin Diniyev
Nazim Süleymanov
Maşallah Əhmədov
Musa Qurbanov
Mahmud Qurbanov
Elxan Abdullayev
Zaur İsmayılov
Təbriz Həsənov
İqor Getman
Yaşar Vahabzadə
Vasif Haqverdiyev
Samir Əliyev
Araz Qulamov
Alim Qurbanov
Faiq Əzizov
Dmitri Kramarenko
Şahin Cəfərov
Elxan Məmmədov
Əfqan Kərimov
Bəxtiyar Osmanov
Emin Cəfərov
Cavid Cəlilov
Vüqar Əsgərov
Əliyar Ağayev
Aslan Şahgəldiyev
Firuz Abdulla
Ramin Həsənov
Kamran Quliyev
Yunis Hüseynov
Zaur Əzizov
Adil Şükürov
Rəmiş Malıyev
Fərhad Həsənov
Müşfiq Hüseynov
Baş Sponsor 
Partnyorlar