az en
News / Lənkəranda "Live Your Goals" festivalı keçirilib (fotoreportaj)

Lənkəranda "Live Your Goals" festivalı keçirilib (fotoreportaj)

Kütləvilik Dərc olundu: 26.06.2017 Çap
“Live Your Goals” (Öz məqsədlərini yaşat) layihəsi ilk dəfə 2011-ci ildə Almaniyada keçirilən FİFA Qadınlararası Dünya Kuboku ərəfəsində həyata keçirilib. 
Lənkəranda "Live Your Goals" festivalı keçirilib (fotoreportaj)
Layihənin tətbiqində məqsəd qadın futbolunun kütləviliyinin artırılması, qızların futbola cəlb olunması, onların futbolla mütəmadi şəkildə məşğul olmasına zəmin yaradılması, xüsusilə bölgələrdə qadın futboluna marağın artırılmasıdır.
Azərbaycanda “Live Your Goals” (“Öz məqsədlərini yaşat”) silsilə tədbirləri  2012-ci ildən keçirilir və növbəti festival Lənkəran şəhərində “Xəzər-Lənkəran” Mərkəzi Stadionda keçirilib.
7-14 yaş arası 79 nəfər qızın qatıldığı tədbirdə U-15 və U-17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov, U-17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının qapıçısı Elvira Əsgərzadə, veteran futbolçu, Lənkəran UGİM-in direktoru Fazil Əsədov, həmçinin Lənkəran şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Asif İmanlı, Lənkəran şəhər Gənclər və İdman idarəsinin rəis müavini Elbəy Fətəliyev və Cənub RFF-nin prezidenti Sakin Məmmədzadə iştirak ediblər. 
 
Baş Sponsor 
Partnyorlar