az en
News / Lənkəranda “Qızlar Futzal Kuboku” turniri keçirilib (fotoreportaj)

Lənkəranda “Qızlar Futzal Kuboku” turniri keçirilib (fotoreportaj)

Turnir Dərc olundu: 25.02.2019 Çap
Fevralın 21-də və 22-də  Lənkəranda 13 yaşadək məktəbli qızlar arasında “Qızlar Futzal Kuboku”  turniri keçirilib.
 
 
Lənkəranda “Qızlar Futzal Kuboku” turniri keçirilib (fotoreportaj)
Lənkəran şəhər 2 saylı tam orta məktəbin idman zalında keçirilmiş yarışda 8 komanda play-off oyunlarında iştirak edib. Turnirin qalibi 5 saylı tam orta məktəbin komandası olub. 2 və 4 saylı tam orta məktəbin komandaları isə müvafiq olaraq ikinci və üçüncü pilləni tutub. Lamiyə Hüseynova (Yuxarı Nüvədi tam orta məktəbin şagirdi) turnirin ən yaxşı oyunçusu seçilib. İlk üç yeri tutmuş komandalara diplomlar və medallar, qalib komandaya isə kubok təqdim edilib.
Qeyd edək ki, turnirdə 60 yeni qız futbolçu qeydiyyatdan keçib. İştirakçılar top və gödəkçələrlə təmin olunublar..
Xatırladaq ki, AFFA və UEFA-nın dəstəyi ilə təşkil edilən “Qızlar Futzal Kuboku” layihəsi bundan əvvəl Qubada, Mingəçevirdə və Balakəndə keçirilib.
 
 
 
Baş Sponsor 
Partnyorlar