az en
News / Maliyyə menecerləri üçün seminar keçirilib

Maliyyə menecerləri üçün seminar keçirilib

Lisenziya Dərc olundu: 19.04.2019 Çap
Bu gün AFFA-nın Futbol Akademiyasının inzibati binasında Lisenziyalaşdırma Qrupu tərəfindən Topaz Premyer Liqasında çıxış edən klubların maliyyə menecerləri üçün UEFA-nın Maliyyə Fair Play IT proqramına (CL/FFP IT Solution) həsr olunmuş seminar təşkil olunub. 
Maliyyə menecerləri üçün seminar keçirilib
Seminarda UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play Qaydaları (Buraxılış 2018), Maliyyə Fair Play Qaydaları üzrə yeni İT Solution proqramı haqda  yeniliklər müzakirə olunub, həmçinin seminar iştirakçılarına nəzəri və praktik məşğələlər keçirilib, yeni İT Solution proqramı üzrə prezentasiya təqdim olunub.
Tədbirin sonunda klub nümayəndələri 2018-ci il maliyyə ili üzrə müvafiq məlumatları qeyd olunmuş proqrama daxil ediblər.
 
 
Baş Sponsor 
Partnyorlar