az en
News / “Məhəllə Futbolu” layihəsi davam edir

“Məhəllə Futbolu” layihəsi davam edir

Kütləvilik Dərc olundu: 02.08.2019 Çap
Azərbaycan Futbol Federasiyaları Assosiyasıyası PAŞA Sığorta şirkətinin dəstəyi ilə “Məhəllə Futbolu” layihəsini davam etdirir.
 
“Məhəllə Futbolu” layihəsi davam edir
“Böyük futbola gedən yol məhəllədən başlayır” prinsipinə əsaslanaraq, sağlam həyat tərzinin təbliği və uşaqların futbola marağının artırılması məqsədilə Azərbaycan Futbol Federasiyaları Assosiyasıyası (AFFA) tərəfindən “Məhəllə futbolu” layihəsi 2016-cı ildə yenidən bərpa edilib. Layihə cərçivəsində futbol oynamaq üçün həyətlərdə bir səyyar futbol meydançası quraşdırılır və sakinlərin istifadəsinə verilir.
2016-cı ilin yay aylarında Bakının iki məhəlləsində tətbiq edilmiş layihə 2017-ci ildən etibarən “PAŞA Sığorta”nın dəstəyi ilə Bakıda və digər şəhərlərimizin məhəllələrində davam edir.  Bu il “Məhəllə futbolu” layihəsinə avqustun 1-dən etibarən Yeni Günəşli qəsəbəsində yerləşən “D Park”da start verilib.
Səyyar meydançaların əhalinin istifadəsinə pulsuz verilməsi ilə yanaşı, meydançalarda AFFA-nın təyin etdiyi məşqçilər tərəfindən pulsuz futbol dərsləri də keçirilir. Əhalinin futbola marağını artırmaq üçün mütəmadi olaraq milli komandalarımızın üzvləri meydançaları ziyarət edir və məhəllə sakinləri ilə birgə futbol oynayırlar.
2017-ci ildə “Məhəllə futbolu” layihəsi mart ayında Şəki şəhərindən start götürmüşdü. Belə layihələr xüsusilə regionlarda böyük maraqla qarşılanır. Şəki şəhərindəki 19 nömrəli məktəbin həyətində quraşdırılan meydançadan idman dərsləri vaxtı məktəblilər, günün digər vaxtlarında isə yaxınlıqda yaşayan sakinlər istifadə edirdilər. Ümumilikdə 30 gün ərzində 1000-dən çox şəxs meydançada futbol oynayıb.
 
Meydançanın quraşdırılması üçün bir neçə şərti nəzərinizə çatdırırıq:
 
1) Meydançanın yerinin uzunluğu 27 m., eni 15 m. ölçülərə tam uyğun olmalıdır;
2) Meydança quraşdırılacaq ərazinin səthi düz olmalıdır;
3) Quraşdırılan meydança məhəllə sakinlərini narahat etməməli, məhəllə sakinləri və avtomobillərin hərəkətinə mane olmamalıdır;
4) Məhəllədən 1 nəfər məsul şəxs quraşdırılan meydança və təqdim olunan avadanlıqlara cavabdeh olmalıdır.
 
Əgər meydançanın sizin məhəllənizdə də quraşdırımasını istəyirsinizsə, AFFA-nın rəsmi Facebook səhifəsi və ya [email protected] ünvanı vasitəsilə müraciət edə bilərsiniz.
 
Baş Sponsor 
Partnyorlar