az en
News / Milli komanda yoxlama oyunu keçirib

Milli komanda yoxlama oyunu keçirib

Futzal Dərc olundu: 30.11.2015 Çap
Dünya çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası yoxlama oyunu keçirib. Ölkə çempionatında çıxış edən klubların üzvlərindən ibarət yığma komanda ilə qarşılan milli 10:1 hesabı ilə qələbə qazanıb. Edu, Augusto və Rafael dubl edib. Hərəyə 1 dəfə Vitali Borisov, Amadeu, Andre de Campos və Ramiz Çovdarov fərqlənib.
 
Milli komanda yoxlama oyunu keçirib
Baş Sponsor 
Partnyorlar