az en
News / Milli komandanın hücumçusu azarkeşlərlə görüşüb (fotoreportaj)

Milli komandanın hücumçusu azarkeşlərlə görüşüb (fotoreportaj)

Avropa Liqası Dərc olundu: 04.01.2019 Çap
Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində “Avropa Liqası muzeyi”ndə millimizin və “Neftçi” PFK-nın hücumçusu Mirabdulla Abbasovun azarkeşlərlə görüşü təşkil olunub.
 
Milli komandanın hücumçusu azarkeşlərlə görüşüb (fotoreportaj)
Muzey ziyarətçiləri görüş günündə futbolçu ilə yaxından tanış olub, ondan imza alıb, eləcə də foto çəkdiriblər.
Qeyd edək ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.
Final oyunu bu il mayın 29-da keçiriləcək.
 
Baş Sponsor 
Partnyorlar