az en
News / Milli komandanın hücumçusu azarkeşlərlə görüşəcək

Milli komandanın hücumçusu azarkeşlərlə görüşəcək

Avropa Liqası Dərc olundu: 02.01.2019 Çap
Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində yerli futbol azarkeşləri ilə görüşəcək növbəti qonaq bəlli olub.
Milli komandanın hücumçusu azarkeşlərlə görüşəcək
Yanvarın 3-də saat 19:00-da “Avropa Liqası muzeyi”ndə millimizin və “Neftçi” PFK-nın hücumçusu Mirabdulla Abbasovun azarkeşlərlə görüşü təşkil olunacaq. Muzey ziyarətçiləri görüş günündə futbolçu ilə yaxından tanış ola, ondan imza ala, eləcə də foto çəkdirə biləcəklər.
Qeyd edək ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.
Final oyunu bu il mayın 29-da keçiriləcək.
Baş Sponsor 
Partnyorlar