az en
News / Milli əlavə vaxtda məğlub olub

Milli əlavə vaxtda məğlub olub

Çimərlik futbolu Dərc olundu: 05.09.2019 Çap
Portuqaliyanın Figueira şəhərində təşkil olunan Avropa Super final (European Beach Soccer League) mərhələsində iştirak edən çimərlik futbolu üzrə Azərbaycan milli komandası ilk oyununu keçirib. Estoniya yığması ilə qarşılaşan komandamız əlavə vaxtda məğlub olub - 3:4. Millimizin heyətində Vaqif Şirinbəyov, Elçin Qasımov və Renat Sultanov fərqlənib.
Komandamız sabah Rumıniya yığması ilə qarşılaşacaq.
 
Milli əlavə vaxtda məğlub olub
Baş Sponsor 
Partnyorlar