az en
News / Millimiz A divizionuna vəsiqə qazanıb

Millimiz A divizionuna vəsiqə qazanıb

Çimərlik futbolu Dərc olundu: 28.08.2016 Çap
İtaliyanın Katanya şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə Avropa Liqası turnirinin Super Final mərhələsində Azərbaycan milli komandası bu gün son oyununu keçirib.
 
Millimiz A divizionuna vəsiqə qazanıb
Super Final mərhələsinin final qarşılaşmasında millimizin rəqibi Macarıstan yığması olub. Oyun 5:5 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən futbolçularımız 4:3 (ümumi hesabda 9:8) hesabı ilə qalib gəlib.
Bununla da, millimiz Avropa Liqasının B divizionundan A divizionuna vəsiqə qazanıb.
Xatırladaq ki, Avropa Liqası turnirinin Super Final mərhələsində millimiz Türkiyə yığmasını 5:3, İngiltərə komandasını 2:0, Çexiya futbolçularını isə 5:1 hesabı ilə məğlub etmişdi.
 
 
Baş Sponsor 
Partnyorlar