az en
News / Millimiz ikinci oyunda məğlub olub

Millimiz ikinci oyunda məğlub olub

Futzal Dərc olundu: 16.04.2019 Çap
Futzal üzrə Azərbaycan milli komandası bu gün Serbiya yığması ilə növbəti yoldaşlıq oyunu keçirib. 
 
Millimiz ikinci oyunda məğlub olub
Qarşılaşmadan əvvəl “Ekonomaç” klubunun prezidenti və baş məşqçisi vaxtilə bu komandanın formasını geyinmiş millimizin üzvü Vitali Borisova xatirə hədiyyəsi təqdim edib. Oyun isə rəqibin 7:5 hesablı qələbəsi ilə başa çatıb. Thaqo Telesin dubl etdiyi görüşdə komandamızın digər qollarını İsa Atayev, Fineo de Araujo və Ramiz Çovdarov vurub.
Qeyd edək ki, bu komandalar arasında dünən keçirilmiş oyunda millimiz 2:1 hesabı ilə qələbə qazanıb.
 
Baş Sponsor 
Partnyorlar