İtaliyanın Sardiniya adasındakı Alghero şəhərində təşkil edilən Avropa Super Finalında iştirak edən çimərlik futbolu üzrə Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib.
İspaniya yığması ilə qarşılaşan komandamız 4:5 hesabı ilə məğlub olub. Millimizin qollarını Əbdül Əliyev, Ramil Əliyev, Orxan Məmmədov və Asif Zeynalov vurub.
Komandamız turnir çərçivəsində növbəti oyununu sentyabrın 7-də Portuqaliyaya qarşı keçirəcək.