az en
News / Millimiz penalti seriyasında məğlub olub

Millimiz penalti seriyasında məğlub olub

Çimərlik futbolu Dərc olundu: 05.07.2019 Çap
Portuqaliyanın Nazare şəhərində təşkil olunan Avropa Liqası (Euro Beach Soccer League) turnirində iştirak edən çimərlik futbolu üzrə Azərbaycan milli komandası ilk oyununu keçirib. 
 
Millimiz penalti seriyasında məğlub olub
Rusiya millisi ilə qarşılaşmanın əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penalti seriyasında rəqib daha dəqiq oynayıb və 4:3 hesabı ilə qalib gəlib. Oyun zamanı millimizin qollarını Sabir Allahquliyev, Elşad Manafov və Amid Nazarov vurub.
Komandamız turnir çərçivəsində növbəti oyununu sabah – iyulun 6-da İspaniyaya qarşı keçirəcək. 
 
Baş Sponsor 
Partnyorlar