az en
News / Millimiz qələbə qazanıb (fotoreportaj)

Millimiz qələbə qazanıb (fotoreportaj)

Futzal Dərc olundu: 01.09.2015 Çap
Futzal üzrə Avropa çempionatının play-off mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandası Belarus yığması ilə yoxlama oyunu keçirib. ABU Arena-da keçirilən oyunda millimiz 5:2 hesabı ilə qalib gəlib. Vitali Borisovun dubl etdiyi oyunda hərəyə 1 dəfə Eduardo Mello, Amadeo Fernandes və Samir Həmzəyev fərqlənib.
Bu komandalar arasında növbəti oyun sabah- sentyabrın 2-də keçiriləcək. ABU Arena-da təşkil olunacaq görüş saat 20:30-da başlayacaq.
 
Millimiz qələbə qazanıb (fotoreportaj)
 
Baş Sponsor 
Partnyorlar