az en
News / Millimiz seçmə mərhələdə son oyununu keçirib

Millimiz seçmə mərhələdə son oyununu keçirib

Avro-2016 Dərc olundu: 14.10.2015 Çap
Azərbaycan milli komandası 2016-cı ildə Fransada təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində çıxışını başa vurub.
 
Millimiz seçmə mərhələdə son oyununu keçirib
Seçmə mərhələnin son oyununu Sofiya şəhərindəki Vasil Levski Milli Stadionunda Bolqarıstan yığmasına qarşı keçirən millimiz 0:2 hesabı ilə məğlub olub.
Futbolçularımızın mübarizə apardığı H qrupunda 1-ci pilləni İtaliya, ikinci yeri isə Xorvatiya yığması tutaraq Avro-2016-nın final mərhələsinə birbaşa vəsiqə qazanıb. Üçüncü pillədə qərarlaşan Norveç millisi isə Fransaya yollana bilmək üçün paly-off oyunları keçirəcək.
Millimiz qrupda 6 xal toplayaraq 5-ci yerlə kifayətlənməli olub.
Azərbaycan milli komandasının seçmə mərhələdə keçirdiyi bütün oyunların nəticəsini bir daha diqqətinizə çatdırırıq:
 
Azərbaycan – Bolqarıstan 1:2
İtaliya – Azərbaycan 2:1
Xorvatiya – Azərbaycan 6:0
Azərbaycan – Norveç 0:1
Azərbaycan – Malta 2:0
Norveç – Azərbaycan 0:0
Azərbaycan – Xorvatiya 0:0
Malta – Azərbaycan 2:2
Azərbaycan – İtaliya 1:3
Bolqarıstan – Azərbaycan 2:0
 
 
Baş Sponsor 
Partnyorlar