az en
News / Millimiz Super Finala qələbə ilə başladı

Millimiz Super Finala qələbə ilə başladı

Çimərlik futbolu Dərc olundu: 25.08.2016 Çap
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Katanya şəhərində təşkil olunmuş Avropa Liqasının Super Final mərhələsində bu gün ilk oyununu keçirib.
 
Millimiz Super Finala qələbə ilə başladı
Millimiz Türkiyə yığmasını 5:3 hesabı ilə məğlub edib. Komandamızın qollarını Orxan Məmmədov, İlkin Hacıyev, Əbdül Məmmədov və Sabir Allahquliyev vurub. Digər qolun müəllifi isə topu öz qapısından keçirən Türkiyə yığmasının üzvü olub.
Millimiz turnirdə növbəti oyununu avqustun 26-da, Bakı vaxtı ilə saat 13:30-da İngiltərə yığmasına qarşı keçirəcək.
 
Baş Sponsor 
Partnyorlar