az en
News / Millimizin növbəti qələbəsi

Millimizin növbəti qələbəsi

Futzal Dərc olundu: 27.08.2015 Çap
Futzal üzrə Avropa çempionatının play-off mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandası bu gün Türkmənistan yığması ilə növbəti yoldaşlıq oyunu keçirib. ABU Arena-da keçirilmiş qarşılaşma futzalçılarımızın qələbəsi ilə başa çatıb - 6:2. Millimizin qollarını Vitali Borisov, Rizvan Fərzəliyev, Ramiz Çovdarov, İsa Atayev, Amadeo Da Silva və Conatan Luis vurub.
Xatırladaq ki, bu komandalar arasında avqustun 25-də keçirilmiş yoldaşlıq oyunu millimizin 5:0 hesablı qələbəsi ilə başa çatmışdı.
Millimizin növbəti qələbəsi
Baş Sponsor 
Partnyorlar