az en
News / Millimizin növbəti qələbəsi

Millimizin növbəti qələbəsi

Çimərlik futbolu Dərc olundu: 13.08.2016 Çap
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Macarıstanın Siofok şəhərində təşkil olunmuş Avropa Liqasının seçmə mərhələsində ikinci oyununu keçirib.
 
Millimizin növbəti qələbəsi
Danimarka yığması ilə qarşılaşan millimiz 3:2 hesabı ilə qələbə qazanıb. Komandamızın qollarını Sabir Allahquliyev, Renat Sultanov və Hikmət Bağırov vurub.
Millimiz növbəti oyununu avqustun 14-də Macarıstan yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
 
Baş Sponsor 
Partnyorlar