az en
News / Millimizin rəqibləri müəyyənləşib

Millimizin rəqibləri müəyyənləşib

Futzal Dərc olundu: 21.10.2016 Çap
2018-ci ildə Sloveniyada keçiriləcək futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandasının mübarizə aparacağı yığmalar müəyyənləşib.
 
Millimizin rəqibləri müəyyənləşib
İsveçrənin Nyon şəhərində bu gün keçirilmiş püşkatmanın nəticələrinə əsasən, millimiz Macarıstan, Bosniya və Herseqovina yığmaları və ilkin seçmə mərhələnin D qrupunun qalibi olacaq komanda ilə birgə 2-ci qrupda yer alıb. İlkin seçmə mərhələnin D qrupunda İngiltərə, Bolqarıstan, Albaniya və Malta milliləri mübarizə aparacaq.
Qeyd edək ki, millimizin yer aldığı 2-ci qrupun oyunları 2017-ci il aprelin 3-dən 12-dək Bakıda keçiriləcək.
 
Baş Sponsor 
Partnyorlar