az en
News / Millimizin rəqibləri müəyyənləşib

Millimizin rəqibləri müəyyənləşib

Futzal Dərc olundu: 12.12.2018 Çap
Bu gün UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında final mərhələsi 2020-ci ildə Litvada təşkil ediləcək futzal üzrə dünya çempionatının ilkin və əsas mərhələsinin püşkatma mərasimi keçirilib.
 
Millimizin rəqibləri müəyyənləşib
Əsas mərhələdən mübarizəyə başlayacaq Azərbaycan milli komandası 3-cü qrupda Slovakiya, ilkin mərhələnin H qrupunun qalibi və G qrupunda ikinci yeri tutacaq komandalarla qarşılaşacaq. İlkin mərhələnin H qrupunda Finlandiya, Moldova, Uels və Şimali İrlandiya, G qrupunda Niderland, Monteneqro, Bolqarıstan və Estoniya milliləri yer alıb.
Qeyd edək ki, millimizin yer aldığı 3-cü qrupun oyunları 2019-cu il oktyabrın 22-dən 27-dək Bakıda keçiriləcək. Qrupda ilk iki yeri tutan komanda elit-raunda vəsiqə qazanacaq.
 
Baş Sponsor 
Partnyorlar